"Qarabağ" oyununu tək izləyən Əkbərin ən sevdiyi "Qarabağ" futbolçuları - VİDEO

"Qarabağ" oyununu tək izləyən Əkbərin ən sevdiyi "Qarabağ" futbolçuları - VİDEO
SOSİAL
23:19 11.12.2025
163
"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının altıncı turunda "Ayaks"a qarşı keçirdiyi oyun sosial şəbəkələrdə fərqli səbəblə gündəm olub. Azyaşlı "Qarabağ" azarkeşinin Qadın və Uşaq Sığınacağında bu qarşılaşmanı təkbaşına izləməsinin görüntüləri yayılıb.

Azyaşlı qəhrəman Əkbər Zülfüqarov hisslərini, arzularını və "Qarabağ" klubuna olan sevgisini Oxu.Az-a danışıb.

O, "Qarabağ"da Kevin Medina, Abdulla Zubir və Nəriman Axundzadəni çox sevdiyini bildirib.

Əkbər "Qarabağ"ın oyununu tribunadan canlı izləmək, sevdiyi futbolçularla şəkil çəkdirmək istəyir. Onun ən böyük arzusu isə futbolçu olub "Qarabağ" komandasında çıxış etməkdir.

OXŞAR XƏBƏRLƏR