Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.
AZXEBER.COM matc.az-a istinadən xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya Moldovadan olan hakimlər briqadasını göndərir.
Görüşü Dumitru Muntian idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodyan kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək. Hakimlərin işinə hakim-inspektor Uilliam Yanq (Şotlandiya) qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə ingiltərəli Maykl Foster olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Partizani" görüşü iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.