“Qarabağ” qalib gəlsə də, klub rəhbərliyi bu səbəbdən tənqid edildi

“Qarabağ” qalib gəlsə də, klub rəhbərliyi bu səbəbdən tənqid edildi
İDMAN
00:44 06.08.2025
828
"Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Şkendiya”ya (Şimali Makedoniya) 1:0 hesabı ilə qalib gəlsə də, klub rəhbərliyi azarkeşlərin və futbol ictimaiyyətinin tənqidlərinə tuş gəlib. 

AZXEBER.COM xəbər verir ki, tənqidlərin əsas səbəbi isə yeni mövsüm ərəfəsində hücum xəttinin gücləndirilməməsi, daha dəqiqi yeni hücumçu transferinin olmamasıdır. Azarkeşlər klubun hücumçusu Nəriman Axunzadəni kəskin tənqid ediblər, onun Çempionlar Liqasına hazır olmadığını yazıblar. 

Fanatlar klubun Avropa arenasında daha güclü performans göstərməsi üçün effektiv forvard transferinin vacibliyini vurğulayır, əks halda növbəti mərhələlərdə çətinliklərin yaşana biləcəyini bildirirlər.

Onlar hücumçu transfer etmədiyinə görə "Qarabağ” klubunun rəhbərliyini kəskin tənqid ediblər.
OXŞAR XƏBƏRLƏR