"Qarabağ” FK və Qurban Qurbanov arasında olan müqavilənin müddəti uzadılıb.
AZXEBER.COM xəbər verir ki, yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha üç il Ağdam komandasının baş məşqçisi olacaq.
Xatırladaq ki, Qurban Qurbanov 2008-ci ildən bu komandanı çalışdırır. "Qarabağ” FK bu müddət ərzində səkkiz dəfə Azərbaycan çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb, səkkiz dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.