"Qarabağ" rəhbərliyi "Monako" ilə matçın biletlərinin qiymətini aşağı salıb

İDMAN
19:07 01.11.2015
1506
"Qarabağ"la Fransanı təmsil edən "Monako" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur matçının biletləri noyabrın 2-dən satışa çıxarılacaq.
AZXEBER.COM klubun rəsmi saytına istinadən məlumatına görə, biletlər sabah saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qiymətlər nömrəli sektorlar üzrə 1, 2, 3, 5, 10 və 20 manat, VİP sektora isə 50 manatdır. Belçika "Anderlext"i ilə II turun ev oyunu ilə müqayisədə qiymətlərdə endirim baş verib. Əvvəlki qarşılaşmada qiymətlər 2, 3, 5, 8, 10, 15, 20 və 50 manata olub. Amma həmin vaxt nisbətən yüksək məbləğ tamaşaçı sayına təsirsiz ötüşməyib. Bu, özünü bəzi sektorlardakı boşluqlarda göstərib.
"Qarabağ" klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan, məhz göstərilmiş qiymətlərlə alsınlar. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır.
OXŞAR XƏBƏRLƏR