“Qarabağ“ rəqibini darmadağın etdi

“Qarabağ“ rəqibini darmadağın etdi
İDMAN
01:33 28.04.2016
1435
Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.AZXEBER.COM-un məlumatına görə, "İnter" doğma meydanda "Qarabağ"la qarşılaşıb. İlk qol Ağdam təmsilçisindən gəlib - 19-cu dəqiqədə Migel Madera fərqlənib.İkinci hissəyə də "Qarabağ" fəal başlayıb - 60-cı dəqiqədə Madera dubl edib. 7 dəqiqə sonra Dani fərqi daha da artırıb. 84-cü dəqiqədə isə Reynaldo son nöqtəni qoyub - 0:4."Neftçi" isə "Qəbələ"ni qəbul edib. Hesabı qonaqlar açıblar (Aleksey Qay, 5`). 71-ci dəqiqədə Rəhman Hacıyev tarazlığı bərpa edib.
OXŞAR XƏBƏRLƏR