‘Qarabağ’ Reynaldosuz oyuna çıxacaq – KLUBDAN AÇIQLAMA

İDMAN
15:11 19.08.2013
1611

“Qarabağ” komandanın liderlərindən olan Reynaldo Silvanın durumu ilə bağlı açıqlama verib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına bildirib ki, Topaz Premyer Liqanın dünən “Xəzər Lənkəran”a qarşı keçirilən üçüncü turunun oyununda əzələsi dartılan braziliyalı yarımmüdafiəçi ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq.

Klub rəsmisi bildirib ki, Reynaldonun avqustun 22-də Avroliqanın pley-off mərhələsində Bakıda “Aytraxt” və avqustun 25-də Topaz Premyer Liqanın dördüncü turunda “Qəbələ” ilə oyunu buraxacağı dəqiqləşib.

Braziliyalı yarımmüdafiəçinin avqustun 29-da baş tutacaq Avroliqanın təkrar matçında meydana çıxacağı isə sual altındadır.

OXŞAR XƏBƏRLƏR