“Qarabağ” “Sabah”la heç-heçə etdi

İDMAN
22:00 22.02.2025
447
Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, növbəti oyun "Qarabağ"la "Sabah" arasında keçirilib.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Qarabağ" 1-ci, "Sabah" isə 33 xalla 5-ci sırada qərarlaşıb.

Xatırladaq ki, daha öncə "Neftçi" "Sumqayıt"la ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb. "Araz-Naxçıvan" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 0:0. 

"Şamaxı" - "Turan Tovuz" və "Zirə" - "Kəpəz" oyunları isə sabah keçiriləcək.
OXŞAR XƏBƏRLƏR