“Qarabağ”-“Şelburn” oyununu bu hakim idarə edəcək

“Qarabağ”-“Şelburn” oyununu bu hakim idarə edəcək
İDMAN
10:15 18.07.2025
274
"Qarabağ”ın UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununun hakimləri müəyyənləşib. 

II təsnifat mərhələsində İrlandiyanın "Şelburn” klubu ilə keçiriləcək səfər görüşünə Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıb.

İyulun 23-də Dublindəki "Tolka Park”da baş tutacaq qarşılaşmanı Ante Çulina idarə edəcək. Luka Puşiç və İvan Mihali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Mateo Erceq dördüncü hakim funksiyasını yerinə yetirəcək.
OXŞAR XƏBƏRLƏR