“Qarabağ“ - “Seltik“ matçının hakimləri bəlli oldu

“Qarabağ“ - “Seltik“ matçının hakimləri bəlli oldu
İDMAN
20:05 25.07.2015
1212
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Seltik" matçının hakimləri müəyyənləşib.AZXEBER.COM xəbər verir ki, Qol.Az-ın İsveç mətbuatına istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək oyun isveçli hakimlər briqadasına tapşırılıb.Görüşün baş hakimi Martin Strömbergson olacaq. Ona həmyerliləri Daniel Qustavson və Stefan Hallberq köməklik edəcək. Dördüncü referi funksiyasını isə Yohan Hamlin yerinə yetirəcək.
OXŞAR XƏBƏRLƏR