Bu gün Azərbaycan çempionu "Qarabağ” Çempionlar Liqasından növbəti matçını keçirəcək.
Matç saat 20:00-da başlayacaq və CBC SPORT telekanalında canlı yayımlanacaq.
I təsnifat mərhələsini qol buraxmadan keçən rəqiblər növbəti uğur üçün mübarizə aparacaqlar. "Qarabağ” Şimali Makedoniya "Sileks”i üzərində 4:0, "Şerif” Lüksemburq "Fola”sı ilə matçdakı 2:0 hesablı qələbənin davamını gətirmək əzmindədir.
Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
20:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova)
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu