"Qarabağ" - "Ayaks" oyununu Qadın və Uşaq sığınacağında icazə alıb təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarovun arzusu gerçəkləşib.
AZXEBER.COM xəbər verir ki, o, Misli Premyer Liqasının "Qarabağ" - "Araz Naxçıvan" oyununu stadiondan izləyib.
Ona VİP bölmədə yer ayrılsa da, Əkbər oyunu tribunadan azarkeşlərlə birgə seyr etməyi seçib və onun bu istəyi yerinə yetirilib.










































