00:07 Cümə Axşamı, 23 Yanvar 2020
İDMAN

"Qarabağ" - "Sevilya" oyununa cəmi 2 min bilet qaldı - TƏLƏSİN

16:29, 17.09.20194185

"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcəyi oyunu üçün satılan biletlər tükənmək üzrədir. 

AZXEBER.COM klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 2 min bilet qalıb. Oyun üçün satışa 30 min bilet çıxarılıb. 

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ