“Qarabağ” - “Sürix” matçının vaxtı bəlli oldu

“Qarabağ” - “Sürix” matçının vaxtı bəlli oldu
İDMAN
13:46 13.07.2022
304

"Qarabağ” və İsveçrə "Sürix”i arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyununun vaxtı bəlli olub.

Qarşılaşma iyulun 19-da saat 20:00-da başlayacaq.

İyulun 27-də "Letsiqrund” stadionunda keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "köhlən atlar” I təsnifat mərhələsində Polşa "Lex”ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1.

OXŞAR XƏBƏRLƏR