“Qarabağ” Taofik İsmahili transfer etdi

“Qarabağ” Taofik İsmahili transfer etdi
İDMAN
23:43 27.08.2026
123
"Qarabağ” futbol klubu yay transfer pəncərəsində növbəti keçidi rəsmiləşdirib.

AZXEBER.COM xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Qurnik” (Zabje) klubu ilə danışıqları yekunlaşdıraraq Taofik İsmahili heyətinə qatıb.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard "Qarabağ”da 19 nömrəli forma ilə çıxış edəcək.

Karyerasına Norveçdə başlayan İsmahil "Şeyd”, "Fredrikstad” və "Valorenqa” klublarında forma geyinib. Daha sonra Fransanın "Loryan”, Belçikanın "Beveren” və Polşanın "Lex” komandalarında çıxış edib.

Futbolçu 2024-cü ildə "Qurnik”ə keçib.
OXŞAR XƏBƏRLƏR