“Qarabağ” tarix yaza biləcəkmi? - YENİLƏNİR

“Qarabağ” tarix yaza biləcəkmi? - YENİLƏNİR
İDMAN
20:06 05.08.2015
1789

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasına çıxacaq. Apasport.az saytının məlumatına görə, ağdamlılar Şotlandiya çempionu “Seltik”i qəbul edəcək.

Ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edəcək Qurban Qurbanovun yetirmələri bu dəfə III mərhələyə kimi irəliləməyi bacarıb.

İlk oyunda səfərdə minimal hesabla məğlub olan təmsilçimiz revanşı alaraq mərhələni adlamaq arzusundadı.

BU həm də Azərbaycan futbolu tarixində ilk olacaq. Belə ki, bu vaxta kimi heç bir klubumuza Çempionlar Liqasında pley-offda oyanamaq nəsib olmayıb. 

“Qarabağ” ötən mövsüm də bu mərhələyə kimi gəlmiş, ancaq Avstriya çempionu “Zalsburq”a məğlub olaraq mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirmişdi.

 “Qarabağ” mərhələ adlayan ilk komandamız kimi tarix düşməyi bacarsa, bununla da qrup mərhələsində yerini təmin edəcək. Çünki Çempionlar Liqasının pley-offunda qələbə bu turnirin, məğlubiyyət Avropa Liqasının qrupuna vəsiqə verəcək. Bu isə təmsilçimizin daha bir ilki ilə nəticələnəcək.

Ötən il Avropa Liqasının qrupunda çıxış edən komanda bunun təsadüf olmadığını sübut edərək, ardıcıl ikinci dəfə qrupa düşsə, heç bir Azərbaycan klubunun bacarmadığını gerçəkləşdirəcək. 

Məsul oyunöncəsi "Qarabağ"ın heyətində zədəli Maksim Medvedevin oynamayacağı dəqiqləşib.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu, 5 avqust

21:30. "Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya)

Baş hakim:Martin Strömberqsson

Yan xətt hakimləri:Daniel Qustavsson, Stefan Hallberq

Dördüncü hakim:Yohan Hamlin (hamısı İsveç)

Hakim-inspektor:Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)

Bakı. Tofiq Bəhramov adına respublika stadionu

İlk oyun – 0:1

OYUNU CANLI İZLƏMƏK ÜÇÜN DAXİL OLUN:

https://www.myvideo.az/?act=dvr&chan=idman&seekTime=05-08-2015%2020:08
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb