"Qarabağ" tarixi qələbə qazandı

"Qarabağ" tarixi qələbə qazandı
İDMAN
20:20 31.10.2017
1464
Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start verilib.
 
AZXEBER.COM Trend-ə istinadən məlumatına görə, C qrupunda mübarizə aparan "Qarabağ” gəncləri Madrid "Atletiko"sunun qonağı olub.
 
Görüşdə cəmi bir qol qeydə alınıb - 45-ci dəqiqədə Deda Ağdam təmsilçisinə tarixi qələbə qazandıran qola imza atıb.
 
Xatırladaq ki, "Qarabağ" bundan əvvəl "Çelsi”yə 0:5, "Roma”ya 0:3, "Atletiko”ya isə 1:5 hesabı ilə məğlub olmuşdu.
 
Gənclər Liqası
 
18:00. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1 (İkinci hissə)
Qol: Yaroslav Deda, 45
Madrid. "Estadio Cerro del Espino”
OXŞAR XƏBƏRLƏR