Norveçin "Molde” klubu "Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni transfer etmək istəyir.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Qarabağ”ın mətbuat katibi Anar Hacıyev Qafqazinfo”ya açıqlamasında deyib.
"Rəsmi təklif gəlib. Klubumuz tərəfindən onlara rəsmi cavab verilib. Bundan sonra geridönüş olmayıb. Bu gün isə onlarda artıq "transfer pəncərəsi” bağlanır”.