“Qarabağ” üçün ölüm-dirim savaşı

İDMAN
12:15 23.10.2014
1466
Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçiriləcək.AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olacaq. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırır. Bu görüşdə qələbə qazanacaq komanda qrupdan çıxmaq yolunda önəmli addım atmış olacaq. Kiyevdə keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Qeyd edək ki, ilk görüşündə evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" səfərdə "İnter"ə 0:2 hesabı ilə uduzub.
23 oktyabr
Avropa Liqasının qrup mərhələsi, III tur
00:05. "Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)Kiyev. "Olimpiyski" stadionu.
S
Komandalar
O
Q
H
M
T-F
Xal
1.
İnter
2
2
0
0
3:0
6
2.
Sent-Etyen
2
0
2
0
0:0
2
3.
Dnepr
2
0
1
1
0:1
1
4.
Qarabağ
2
0
1
1
0:2
1
OXŞAR XƏBƏRLƏR