“Qarabağ üçün oxu-3”ün kastinqi başlayır – VİDEO

“Qarabağ üçün oxu-3”ün kastinqi başlayır – VİDEO
SOSİAL
12:33 29.11.2019
3784
İzləyicilər tərəfindən çox sevilən və xeyli müddətdir ki, böyük maraqla davamı gözlənilən "Qarabağ üçün oxu” layihəsinin 3-cü hissəsinin kastinqi başlayır.

- Məndən bəlkə də yüzlərlə, minlərlə dəfə soruşublar ki, "Qarabağ üçün oxu”nun üçüncü hissəsi nə vaxt hazır olacaq? Nəhayət, bizi gözləyənlərə müjdə verə bilərəm: az qaldı, ən uzağı 3 aya sizə elə bir musiqi ziyafəti təqdim edəcəyik ki, dadı uzun zaman damağınızdan getməyəcək,- deyə layihəni rəhbəri Rəmal Rəsul AzVision.az-a bildirib.

Layihənin dəstəkçisi Azərbaycan Respublikasi Mənəvi Dəyərlərin Təbliği Fondu, informasiya dəstəkçisi isə ARB televiziyası və AzVision.az saytıdır.

Layihədə iştirak etmək istəyənlər
ünvanlarına yaza, yaxud, layihəni rəhbəri Rəmal Rəsulla (0557536787) əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, layihənin əvvəlki iki buraxılışı youtube-da 2.1 milyon baxış toplayaraq, böyük marağa və rəğbətə səbəb olmuşdu. Həmin videoları da bir daha sizə təqdim edirik.
 

OXŞAR XƏBƏRLƏR