"Qarabağ" udsa, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəm deyən Naz: "Dino gəlsə...." - FOTO

"Qarabağ" udsa, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəm deyən Naz: "Dino gəlsə...." - FOTO
MAQAZİN
12:02 24.08.2017
23883

Türkiyədəki evlilik verilişinə qatıldıqdan sonra fotoları və replikaları ilə gündəm olan azərbaycanlı gəlin namizəd Naz Mila ( Müşginaz) ötəngünkü "Kopenhagen" - "Qarabağ" qarşılaşması ilə bağlı vəd vermişdi. O bildirmişdi ki, "Qarabağ" qalib gələrsə, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcək.

"Onu 3 gün ən bahalı maşın və otellə təmin edəcəm".

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, oyundan sonra Naz verdiyi sözlə bağlı paylaşım edib. Naz qeyd edib ki, "Qarabağ" qalib gəlmədiyinə görə vədi qüvvədən düşmüş hesab olunur.

"Xatırladım ki, turu keçərsə, deməmişəm, qalib gələrsə, demişəm. Ona görə də qonaqlıq yoxdu. Amma canımız qurban olsun vətənimizə. Dino gəlsə, başımız gözümüz üstündə yeri var. Mən qələbəni qeyd etmək üçün Türkiyəyə gedirəm".

OXŞAR XƏBƏRLƏR