Qarabağ Universiteti işçi axtarır

Qarabağ Universiteti işçi axtarır
SOSİAL
14:42 03.06.2024
147
Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələri üzrə dekan vəzifələrinə vakansiya elan edilib.

Bu barədə AZXEBER.COM-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb.

"Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə aid edilib. Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin olunması məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir", - məlumatda qeyd olunub.

İşin təsviri:
1. müvafiq ixtisaslar üzrə fakültənin strukturuna dair təkliflərin hazırlanması;
2. müvafiq ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması;
3. müvafiq ixtisaslar üzrə təsdiq edilmiş təhsil proqramlarına uyğun tədris planları və digər tədris sənədlərinin hazırlanmasında iştirak;
4. fakültənin profili əsasında professor-müəllim heyətinə olan tələblərin müəyyən edilməsi və bu tələblərə uyğun şəxslərin işəgötürülmə prosesinin təşkili;
5. fakültə Elmi Şurasına sədrlik;
6. fakültə Elmi Şurasında vəzifələrin tutulması üçün seçkilərin (professor, dosent, baş müəllim, müəllim, assistent) keçirilməsinə rəhbərlik;
7. fakültədə tədris prosesinin, tərbiyə və elmi-tədqiqat işlərinin təşkili;
8. təhsil proqramlarının icrasına rəhbərlik;
9. metodiki işin aparılmasına, elmi konfrans və seminarların təşkilinə nəzarət;
10. tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunması;
11. tələbələrin ixtisasları üzrə təcrübə keçməsinin təşkili;
12. təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı tədbirlərin görülməsi;
13. tələbə və məzunlara karyera məsləhət xidmətlərinin göstərilməsi.

"Müvafiq ixtisaslar” dedikdə iqtisadiyyat, mühəndislik və turizm ixtisasları başa düşülür.

Tələblər:

• elmi dərəcə və (və ya) elmi ad;
• müvafiqprofilli ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə minimum 3 il elmi-pedaqoji təcrübə;
• ən azı B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması arzuolunandır);
• liderlik və idarəetmə bacarığı;
• innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığı.

Tələb olunan sənədlər:
• tərcümeyi-hal;
• ali təhsili təsdiq edən sənədlərin surəti;
• dərc olunmuş elmi məqalələrin siyahısı;
• müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxışı – maksimum 500 söz);
• tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Qeyd: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.

Müraciət üçün son tarix: 15 iyun 2024-cü il,
Elektron poçt ünvanı: [email protected]
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi