Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı rayonlarda əməliyyat tədbirləri intensivləşdirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı 50 yaşlı Elşən Şəmmədov tutulub. Ondan 30 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq, onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan iş birliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.