Qarabağ Universitetinin ilk beynəlxalq elmi jurnalı təsis edildi

Qarabağ Universitetinin ilk beynəlxalq elmi jurnalı təsis edildi
SOSİAL
12:19 15.05.2026
256
Qarabağ Universitetinin təşəbbüsü ilə təsis olunan ilk beynəlxalq elmi jurnal — "Biophysics and Beyond”un ilk buraxılışı işıq üzü görüb.
 
AZXEBER.COM xəbər verir ki, "Biophysics and Beyond” bioloji sistemlərin fizika elmi prizmasından araşdırılmasına həsr olunan beynəlxalq resenziyalı (peer-reviewed) elmi nəşrdir. Jurnal biologiya, fizika, mühəndislik və hesablama elmlərinin kəsişməsində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin yayımlanmasını nəzərdə tutur.

Nəşrin əsas məqsədi molekulyar, hüceyrəvi və sistem səviyyəsində bioloji proseslərin fiziki prinsiplərinin öyrənilməsinə, multidissiplinar elmi yanaşmaların təşviqinə, həmçinin innovativ tədqiqat metodlarının inkişafına töhfə verməkdir.

Jurnalın redaksiya heyətində Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Malayziya və Misirdən olan alimlər təmsil olunurlar. Bu, nəşrin beynəlxalq elmi əməkdaşlıq prinsiplərinə əsaslandığını və qlobal elmi ictimaiyyətlə inteqrasiyaya xüsusi önəm verdiyini göstərir.

"Biophysics and Beyond” jurnalının ilk buraxılışında biofizikanın müxtəlif istiqamətlərini əhatə edən 7 elmi məqalə dərc olunub. Jurnalda yayımlanan bütün məqalələr açıq giriş (open access) formatında təqdim edilir.

Qeyd edək ki, baş redaktor biofizika sahəsində tanınmış professor, h-indeksi 60 olan alim Rövşən Xəlilovdur. Jurnalın müəllifləri sırasında h-indeksi 54 olan nüfuzlu alimlər də yer alır. İlk buraxılışda, həmçinin Qarabağ Universitetinin Biologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru və jurnalın redaksiya heyətinin üzvü Sabinə Cəfərzadənin "Plant Mediated Synthesis of Biocompatible Fe3O4 Nanoparticles for Magnetic Hyperthermia Therapy” adlı elmi məqaləsi də yer alıb. 

Biologiya, fizika, nanotexnologiya, bioinformatika və biofizika sahələrində fəaliyyət göstərən yerli və xarici tədqiqatçılar jurnalda məqalə dərc etməyə dəvət olunurlar. İlk buraxılışı ilə elmi ictimaiyyətin diqqətini çəkən "Biophysics and Beyond” qısa zamanda dünyanın ən nüfuzlu beynəlxalq elmi bazalarına və qlobal indekslərinə daxil olmağı hədəfləyir. 

Jurnalın cari nömrəsi ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb