"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev
SİYASƏT
09:47 11.09.2026
67
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərini etdiklərini bildirib.

AZXEBER.COM xəbər verir ki, o bu barədə "X” hesabında paylaşım edib.

"Son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurda gözlərimiz önündə baş verən diqqətəlayiq və nümunəvi transformasiyanın şahidi olmuşuq. Bu gün bu torpaqlar əsl intibah dövrünü yaşayır”, – paylaşımda qeyd olunub.

Hikmət Hacıyev bildirib ki, hər səfər zamanı yenidənqurma və inkişaf sahəsində yeni nailiyyətlər, eləcə də bu ərazilərə həyatın tədricən qayıtması müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR