“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

SOSİAL
15:19 13.12.2019
3292
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılov ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də "Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirib.

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi aşkar olunub.

İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet