UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də, saat 20:55-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" (Ukrayna) oyununa təyinatları açıqlanıb.
AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim: Roi Reinshreiber
Baş hakimin köməkçiləri: Danny Krasikou, David Elias Bitton
Dördüncü hakim: Amihay Yehoshua Mozes
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan
(Hakimlər briqadası İsraildəndir)
Hakim-inspektor: Sergey Zuev (Rusiya)
UEFA nümayəndəsi: Kazimierz Oleszek (Polşa)