"Qarabağ" Azərbaycanın ən güclüsüdür

"Qarabağ" Azərbaycanın ən güclüsüdür
İDMAN
20:12 06.04.2011
2037
Bu reytinq cədvəlinə görə Azərbaycanın ən güclü klubunu UEFA səviyyəsində "Qarabağ"-dır. Ağdam təmsilçisinin ölkə çempionatında ardıcıl 9 qələbə qazanması onun digər klublarımıza nisbətən daha ön pillələrdə qərarlaşmasına şərait yaradıb.

Reytinq cədvəlinə görə, "Qarabağ" klubu 4.233 xalla 231-ci pillədə yer alıb ki, bununla da ən yaxın klubumuzu 71 pillə geridə qoyub. "Qarabağ"ın ən yaxın izləyiciləri isə paytaxt klublarıdır. Belə ki, Bakının eyniadlı klubu 2.733 xalla 302-ci, paytaxtın "İnter" klubu isə 2.483 xalla 311-ci pillədə qərarlaşıb.

Siyahıda diqqəti çəkən məqam isə ondadır ki, Premyer Liqanın hazırkı lideri "Neftçi" klubu digər klublarımızdan geridədir. Belə ki, "flaqman" 1.233 xalla 385-ci pillədədir ki, bu da klublarımız arasında ən pis nəticədir.

"Xəzər Lənkəran" klubu isə bu dəfəki reytinqdə Zaqatalanın "Simurq" klubu ilə eyni xala malikdi. Hər iki təmsilçimiz 1.483 xalla 365-ci pillədə yer alıb.

365. XL – 1,483
365. Simurq – 1,483
385. АZАL – 1,233
385. МКТ-АRAZ – 1,233
385. Neftçi – 1,233
OXŞAR XƏBƏRLƏR