Qarabağa tanklar gətirilir, ermənilər yeni hücuma hazırlaşırlar - İDDİA

Qarabağa tanklar gətirilir, ermənilər yeni hücuma hazırlaşırlar -  İDDİA
SİYASƏT
13:00 18.04.2016
7909
ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzinin Avrasiya regionu üzrə baş analitiki Yevgeni Çauşovski Qarabağda 4 günlük müharibənin dayandırılmasından sonra işğal altındakı ərazilərimizdə olub.
Əslən Rusiyadan olan Çauşovski hərbi əməliyyatların başlamasından əvvəl Ermənistanda ezamiyyətdə olduğunu, həftə sonunu Qarabağda dincəlməyə hazırlaşdığını, ancaq bu vaxt təmas xəttində güclü toqquşmaların başladığını yazır. Buna baxmayaraq tezliklə hərbi əməliyyatlar dayandırılıb və Çauşovski aprelin 5-dən sonra özünün yazdığı kimi İrəvandan marşrut taksiyə oturaraq Dağlıq Qarabağa gəlib.
Analitik bu səyahət haqda təəsüratlarını bölüşərək yazır ki, Ermənistanın Gorus rayonunu keçib Qarabağa yaxınlaşan kimi təzəcə başa çatmış hərbi əməliyyatların əlamətləri hiss olunur. Yol boyu üzü Qarabağa tərəf əsgərlərlə dolu “Kamaz” maşınları hərəkət edir. Laçına çatmamış isə xeyli tank və içərisi əsgərlərlə dolu hərbi maşınlar yolun kənarında dayanıb.
Çauşovski Xankəndinə çatıb ona bələdçilik etməyə razılaşan erməni ilə görüşüb, gecəni onun evində qalıb. Həmin erməni xarici turisti Qarabağın görməli yerlərini gəzdirmək üçün bələdçilik edib. Və məsləhət görüb ki, Ağdərədə ermənilərin “Biz və dağlarımız” adı verib öz adlarına çıxdıqları qədim alban abidəsinə və Qandzasar monastırına baş çəksin.
Müəllif yazır ki, Qandzasar monastırına aparan yolda ölüm sükutu hökm sürürdü, arada bir keçən hərbi maşınlardan başqa heç bir hərəkət gözə dəyimirdi. Yol boyu heyvan otaran bir neçə çobandan başqa insan da görünmürdü. Çauşovski keçdiyi kəndlərdə evlərin və fermaların da boş olduğunu, ermənilərin təzəcə başa çatmış hərbi əməliyyatlara görə bu yerləri tərk etdiyini yazır. O, yolüstü bir çobanla söhbətləşir, erməni çoban danışır ki, dolanışıq çox çətindir.
Vəng kəndinin üstündə yerləşən Qandzasar monastrı da bomboşdur. Xarici qonağı müşaiyət edən erməni danışır ki, əvvəllər monastıra gedən yolda adam çox olardı, ancaq indi heç kim gözə dəymir. Çauşovski gəzintidən sonra Xankəndinə geri dönüb, orada da mülki adamlardan çox hərbçilərin gözə dəydiyini müşahidə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək - Sabahın havası
13:21 01.06.2025
Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək - Sabahın havası
Uşaqların gülümsədiyi bir gün: “İçimizdəki Möcüzələr” xeyriyyə tədbiri keçirildi
12:54 01.06.2025
Uşaqların gülümsədiyi bir gün: “İçimizdəki Möcüzələr” xeyriyyə tədbiri keçirildi
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
12:42 01.06.2025
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Sabahın hava proqnozu AÇIQLANDI
12:18 01.06.2025
Sabahın hava proqnozu AÇIQLANDI
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
12:04 01.06.2025
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
11:41 01.06.2025
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
11:21 01.06.2025
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
10:46 01.06.2025
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
10:31 01.06.2025
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
10:09 01.06.2025
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
10:02 01.06.2025
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır