“Qarabağ”a texniki məğlubiyyət verildi

“Qarabağ”a texniki məğlubiyyət verildi
İDMAN
15:18 23.10.2018
3640
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

"Qarabağ” - "Səbail” matçında "Qarabağ” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən "Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 8000 manat cərimə olunub.

"Keşlə” – "Zirə” matçında "Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Sumqayıt” – "Sabah” matçında "Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 15-ci dəqiqəsində "Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının 8-ci turunun "Qəbələ” – "Neftçi” matçının 67-ci dəqiqəsində "Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində "Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində "Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. "Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan "Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq "Neftçi” tərəfindən ödənilsin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
23:30 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir”
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
23:21 05.03.2025
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
23:13 05.03.2025
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”