"Qarabağ"da ağır itki: "Sportinq"ə qarşı oynamayacaq

"Qarabağ"da ağır itki: "Sportinq"ə qarşı oynamayacaq
İDMAN
13:00 12.09.2018
3044
Bolqarıstan millisinin düşərgəsində zədələnən "Qarabağ"ın futbolçusu Simoen Slavçevin son durumu müəyyənləşib.

25 yaşlı yarımmüdafiəçiiki həftə müddətinə sıradan çıxıb. Bu barədə o, Bolqarstan mətbuatına bildirib. 

Tibbi müayinə nəticəsində futbolçunun ön baldır əzələsində ikinci dərəcəli gərilmənin müəyyənləşib: "Zədələnməyim xoş hadisə olmadı. Lakin ayağımın sınmasındansa, belə kiçik xəsarətlə qurtulmağıma bir qədər sevindiricidi. Meydanlardan iki həftəyədək kənarda qalacağam. Amma "Sportinq"lə ilk görüşdə oynamayacağım üçün çox əsəbiyəm".

Slavçev "Qarabağ"ın Topaz Premyer Liqasında "Sumqayıt"la səfər (14 sentyabr), "Qəbələ" ilə ev (23 sentyabr) oyunlarını, Avropa Liqasında isə "Sportinq"lə Portuqaliyadakı ilk tur qarşılaşmasını (20 sentyabr) buraxmalı olacaq.

Qeyd edək ki, Simeon Slavçev sentyabrın 9-da Bolqarıstan yığmasının Norveçlə keçirdiyi UEFA Millətlər Liqasının oyunundan əvvəl isinmə hərəkətləri zamanı zədələnib.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR