Kadi "Qarabağ"dan gedir: 5 milyonluq təklif gəldi

İDMAN
21:11 25.12.2022
793
"Qarabağ"ın aparıcı üzvü Kadi Borges karyerasını Rusiyada davam etdirəcək.

AZXEBER.COM sportlife.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi sözügedən ölkənin "Krasnodar" klubu ilə müqavilə bağlamağa yaxındı.

Tərəflər arasında razılıq əldə olunub və Kadi yaxın günlərdə "Qarabağ"la vidalaşacaq. Bu keçid müqabilində Ağdam klubu 5 milyon avro qazanc əldə edəcək.

Bu həm də "Qarabağ" tarixində ən yüksək məbləğdi.
OXŞAR XƏBƏRLƏR