“Qarabağ”da ciddi itki - “Bayer”ə qarşı oynamayacaq

İDMAN
23:38 20.10.2023
224
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ” ciddi itki ilə üzləşib.

AZXEBER.COM xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Yankoviç zədələnib. 

Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlama verib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Yankoviç Monteneqro millisinin heyətində zədələnib. Bu səbəbdən o, 1-2 həftə komandadan kənarada qalacaq.

Bu isə 28 yaşlı futbolçunun Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın 26-da səfərdə "Bayer”ə qarşı keçirilən matçda iştirak etməyəcyi deməkdir.
OXŞAR XƏBƏRLƏR