“Qarabağ”da ciddi itki - Məşqdə zədələndi

“Qarabağ”da ciddi itki - Məşqdə zədələndi
İDMAN
15:04 23.08.2018
9657
"Qarabağ”ın əsas qapıçısı Hannes Halldoursson bu axşam keçiriləcək "Şerif” – "Qarabağ” görüşündə iştirak edə bilməyəcək.

AZXEBER.COM Sport24.az-a istinadən xəbər verir ki, İslandiya yığmasının qapıçısı dünən axşam baş tutan məşqdə qasığ nahiyəsində əzələsini dartıb.

Bu səbəbdən də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionunun çərçivəsini Vaqner da Silva qoruyacaq.

Qeyd edək ki, "Şerif” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR