Premyer Liqanın ilk dövrəsinin sonuncu turunda “Qəbələ”ni qəbul edəcək “Qarabağ” oyununun hazırlıqlarına start verib.
AZXEBER.COM-un klubun saytına istinadən yaydığı məlumata görə, komanda oyuna itkilərlə hazırlaşır. Zədə səbəbindən son iki oyunu buraxan Rəşad Sadıqovla yanaşı, “Xəzər Lənkəran”la oyunda sumuyu qırılan Ansi Aqollinin də "Qəbələ" ilə görüşü buraxacağı dəqiqləşib. Digər zədəli - Əfran İsmayılovun oyuna çıxıb-çıxmayacağı sual altındadır. Bundan başqa, sonuncu turda qırmızı vərəqə alan Maksim Medvedyev də oyunu buraxmalı olacaq. “Bakıy”la oyunda zədələnən Namiq Yusifovun isə XI turda meydana çıxması istisna edilmir. Vüqar Nadirov isə cəzasını başa vuraraq geri dönüb.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu okyabrın 31-də, saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.