"Qarabağ” klubu bolqarıstanlı futbolçusu Simeon Slavçevlə yollarını ayırıb.
Klubun rəsmi "Facebook” səhifəsinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Simeon Slavçev 2018-ci il iyulun 5-də bu kluba keçib. Bolqarıstanlı oyunçu ilə üç illik müqavilə imzalanmışdı.