2009-cu ildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində həlak olmuş erməni əsgərin ailəsi uçuq daxmada yaşayır.
AZXEBER.COM-un ANS Press-ə istinadən verdiyi xəbərə görə, Gümrü şəhərindən orduya çağırılmış və adının Sağatel olduğu ehtimal edilən əsgərin ailəsi 1988-ci ildə baş vermiş zəlzələ zamanından Gümrüdə (keçmiş Leninakanda) yaşasa da, ev növbəsinə götürülməyib. Çünki ailə həmin vaxt kirayədə qalıb.
Hazırda isə özlərinin tikdiyi gecəqondu daxmada yaşayır.
“Şirak kentron” ictimai təşkilatı əsgərin ailəsinin ağır həyatı barədə reportaj hazırlayıb. Amma bununla belə əsgərin adını gizlətməyə çalışıb. Çünki bu əsgərin Azərbaycan ərazisində həlak olması Ermənistan ordusunun işğalçılığının birbaşa sübutudur.