"Qarabağ"da mənə qarşı düzgün hərəkət etmədilər" - DİNODAN QALMAQALLI AÇIQLAMA

"Qarabağ"da mənə qarşı düzgün hərəkət etmədilər" - DİNODAN QALMAQALLI AÇIQLAMA
İDMAN
21:31 02.11.2019
16206
"Çində vəziyyətim əladır. Burada hər şey məni qane edir".

AZXEBER.COM-un xəbərinə görə sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu deyib. 2018-ci ilin yanvarında Ağdam klubundan ayrılan cənubi afrikalı futbolçu hazırda karyerasını Çində davam etdirir. "Xançjou Qrintaun" komandasının formasını geyinən forvard "Qarabağ"ın oyunlarını izləyə bilmir:

"Azərbaycanla Çin arasında 4-5 saatlıq fərq var. "Qarabağ" oynayanda mən artıq yuxuda oluram. Ona görə də matçlara baxmaq imkanım olmur".

Ötən qış Azərbaycan çempionundan qalmaqallı şəkildə gedən Ndlovu sabiq komandasına qarşı heç acıqlı olmadığını bildirib: "Onlara qarşı heç bir kinim yoxdur. Niyə də olmalıdır ki? Həmin ərəfələrdə mətbuatda yazılan xəbərlərin əksəriyyəti həqiqəti əks etdirmir".

Afrikalı hücumçu ilk dəfə "Qarabağ"dan ayrılığının səbəbləri barədə ətraflı danışıb: "Mənim "Qarabağ"da qalmaq istəmədiyimi sizə kim deyib? Yaxşısı budur, 2018-ci ilin yanvarında Türkiyə toplanışına niyə qoşulmadığımı onların özündən soruşun. "Qarabağ"ı ona görə tərk etdim ki, həmin vaxt Çindən gələn təklif həm klub, həm də mən və ailəm üçün sərfəli idi. Odur ki, haqqımda deyilən yalan sözlərə inanmayın. Yeganə səbəb aldığım sərfəli təklif idi. Ona görə də klub rəhbərliyi gedişimə icazə verdi.

Düşünürəm ki, 2 ildir müxtəlif yerlərə yozulan hekayəni danışmağın vaxtı çatıb. 2017-ci ilin dekabrında - Çindən təklif gələndə baş məşqçi ilə söhbət etdim. Müqaviləmdə belə bir bənd var idi ki, yayda müddəti daha bir il uzatmaq olar. Ancaq bu, qarşılıqlı razılıq əsasında olmalı idi. Qurban Qurbanova dedim ki, həm gələcəyim, həm də "Qarabağ"ı sevdiyim, burada uzun illər oynamaq istədiyim üçün 1 illik yox, daha uzunmüddətli sözləşmə istəyirəm. Çünki ailəm də Bakını sevirdi, özümüzü Azərbaycanda xoşbəxt hiss edirdik. Onlara bildirdim ki, əgər məni komandaya layiq bilirsizsə və Çinə getməyimi istəmirsizsə, yeni müqavilə imzalayaq. Halbuki Çindən gələn təklif "Qarabağ"dakı ilə müqayisə olunmayacaq dərəcədə sərfəli idi".

Dino "Qarabağ"ın ona qarşı düzgün hərəkət etmədiyini düşünür: "Danışıqlardan sonra qərar vermək lazım idi. Sonda yeni müqavilə təklif etmədilər və məni satmaq qərarına gəldilər. Ona görə də getdim. Düşünürəm ki, mənə qarşı dürüst hərəkət etmədilər. Amma bu, həyatdır. Mən "Qarabağ"ı, azarkeşləri sevirdim. Heç vaxt pulu motivasiya olaraq görməmişəm. Sadəcə, gələcəyimi təmin etmək üçün yeni müqavilə istəmişdim. Məbləğ isə köhnə sözləşməmdə olduğu qədər idi. Artıq heç nə tələb etməmişdim. "Qarabağ"da qalmaq fikrim olmasaydı, heç vaxt baş məşqçi ilə görüşməz və öz şərtlərimi ona bildirməzdim. Həmin vaxt 3 real təklifim var idi. Ancaq kluba, azarkeşlərə olan sevgimə görə baş məşqçi ilə danışdım, ona öz vəziyyətim barədə məlumat verdim. Onlar isə açıq şəkildə məni komanda üçün vacib saymadılar. Elə bildilər ki, hər şeyi pula görə edirəm. Ona görə də "Qarabağ"dan ayrıldım və hazırda oynadığım ölkədə çox xoşbəxtəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
10:54 18.10.2025
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
10:37 18.10.2025
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
10:30 18.10.2025
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yol polisi sürücülərə müraciət edib
10:26 18.10.2025
Yol polisi sürücülərə müraciət edib
 İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
10:24 18.10.2025
İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
10:21 18.10.2025
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
10:17 18.10.2025
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
10:15 18.10.2025
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
Bakıda gənc iş adamı idman zalında qəfildən ölüb
10:13 18.10.2025
Bakıda gənc iş adamı idman zalında qəfildən ölüb
Birinci xanımın Roma Papası ilə görüşünü işıqlandırdılar - FOTOLAR
10:08 18.10.2025
Birinci xanımın Roma Papası ilə görüşünü işıqlandırdılar - FOTOLAR
Kolumbiyada etirazçılar ABŞ səfirliyinə hücum ediblər
10:05 18.10.2025
Kolumbiyada etirazçılar ABŞ səfirliyinə hücum ediblər
Müdafiə Nazirliyi: Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır!
09:55 18.10.2025
Müdafiə Nazirliyi: Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır!