Qarabağda müharibə qərarını Putin verəcək – Torpaqların işğaldan azad olunması üçün fürsət

Qarabağda müharibə qərarını Putin verəcək –  Torpaqların işğaldan azad olunması üçün fürsət
SİYASƏT
11:52 09.06.2016
2808

Münaqişə ətrafında gəlişmə - saatlar Bakı vaxtına qurulur?; Kremlə münaqişədə açar rolu tanınması boşuna deyil; bu, Moskvanı həm də tələsməyə və Azərbaycanla anlaşmağa vadar edir - prezidentlərin qarşıdakı Bakı zirvəsinin daha bir önəmi; Azərbaycan Rusiyanın qatılacağı yeni bir güc mərkəzinin yaranmasına vəsilə ola bilər, əgər...

Bundan əlavə, dövlət başçısı Almaniya daxil, beynəlxalq birliyi məsələdə ikili standartlara son qoymağa çağırdı və haqlı olaraq, dünya birliyi problemə yetərli diqqət ayırmamaqda suçladı. Maraqlı məqam odur ki, həm prezident Əliyev, həm də kansler Merkel konfliktin nizamlanmasında Rusiyanın həlledici rolunu xüsusi qeyd etdilər. “Şübhəsiz ki, Rusiya konfliktin tənzimlənməsində həlledici rol oynayır” - Angela Merkel vurğuladı.
Hər iki tərəfin Qarabağ probleminin nizamlanmasında Rusiyanın açar rolunu qeyd eləməsi sözsüz ki, Kremlin məsələdə təsir imkanları və roluna verilən yüksək qiymətin etirafı olmaqla yanaşı, eyni zamanda Moskvanın üzərinə həlledici məsuliyyətin qoyulması deməkdir. Bu, həmçinin o deməkdir ki, Rusiya səmimi şəkildə istəsə, konfliktin nizamlanmasına nail ola bilər.
Bu açıqlamanın diplomatik dildən başqa tərcüməsi isə odur ki, problemin həllində ən böyük maneə də məhz elə Rusiyadır. Ən azı o səbəbdən ki, Ermənistan müstəsna olaraq Rusiyaya arxalanaraq, öz işğalçılıq siyasətini davam etdirir, Azərbaycan ərazilərini boşaltmağa tələsmir. Apreldəki 4 günlük müharibə bir daha sübut elədi ki, Kremlin təcavüzkar ölkənin arxasından çəkilməsi yetər ki, həm torpaqlar qısa zamanda azad edilsin, həm də münaqişə qısa zamanda ədalətli şəkildə həllini tapsın.
Demək, Qarabağda yeni müharibənin açarı də əslində Putinin cibindədir. O ayrı məsələ ki, yeni müharibə Kremlə lazımdırmı?
Yəqin ki, yox. Bir daha qeyd edək ki, böyük Qarabağ savaşı Moskvanı ciddi dilemma qarşısında qoyacaq və Ermənistana dəstək verəcəyi halda bölgənin iki böyük dövlətini - Azərbaycan və Türkiyəni həmişəlik itirməsi ilə üzləşəcək.
Rusiya isə bunu istəmir. Əksinə, hələ də Azərbaycanın Avrasiya layihələrinə qoşulacağına ümidlidir, habelə Türkiyə ilə əlaqələri qaydaya salmağın yollarını arayır. Bundan əlavə, Ukrayna (Donbas) böhranı dura-dura özünə qarşı “ikinci cəbhə” açılmasını arzulamır. Üstəlik, Rusiyanın Azərbaycanla üçlü formatda (+ İran) əməkdaşlığı genişləndirmək planları var: bu ilin ikinci yarısında paytaxtımızda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçlü zirvə görüşü planlaşdırılır. Belə bir görüş isə Moskvaya Bakını öz yanında saxlamaq üçün əlavə rıçaq sayılır...
* * *
Siyasi ekspertlər də Qarabağ məsələsində Rusiyanın artan rolunu qeyd eləməyə başlayıblar. Bu xüsusda qarşıdakı Bakı zirvəsi xüsusilə mühüm şans kimi qiymətləndirilir. “Bakı görüşü həlledici vəd və qərarlar məqamı rolunu oynaya bilər”. Bunu politoloq Qabil Hüseynli axar.az-a açıqlamasında deyib.
Sabiq dövlət müşaviri həmin görüşdə Qarabağ məsələsinin mütləq müzakirə ediləcəyini bildirib və yeniliklərin olma ehtimalını da istisna etməyib:“Çünki Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də məhz bu ərəfələrdə nəzərdə tutulub. Ancaq Bakı görüşünün taleyi Moskvanın İrəvana təzyiqindən, daha doğrusu, Putinin mövqeyindən xeyli dərəcədə asılıdır. Rusiya prezidenti Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı başa düşür və Azərbaycanı Avrasiya Birliyində görmək istəyir. Düzdür, Bakı bu ittifaqda yer almaq istəmir, ancaq Dağlıq Qarabağ məsələsində Rusiya obyektiv mövqe ortaya qoyarsa, bu barədə düşünülə bilər. Söhbət birmənalı qaydada Azərbaycanın ərazi bütövlüyünün təminindən, Dağlıq Qarabağın statusunda həlledici sözün Azərbaycana verilməsindən gedir”.
Ekspert bildirib ki, Əliyev-Putin-Ruhani üçtərəfli görüşü yeni bir siyasi güc mərkəzinin formalaşmasının bünövrəsini də qoya bilər:“Şimal-Cənub dəhlizi artıq reallaşır, üstəlik, enerji sahəsində əməkdaşlığa maraq böyükdür. Azərbaycan Rusiya və İrandan qaz ala və bu qazı Avropa bazarlarına ötürə bilər. Azərbaycan hazırda açar rolunu oynayır. Bakı Tehran və Moskvaya böyük xeyir verə bilər. Əvəzində isə hər iki ölkə Azərbaycanın haqlı mənfəətlərini müdafiə etməlidir. Bu baxımdan Bakı görüşü həlledici vəd və qərarlar məqamı rolunu oynaya bilər. Bu dəfə Rusiya öz mövqeyini dəqiq və birmənalı surətdə ortaya qoya bilər”.
* * *
“Qarabağ problemi kimi təhdid törədən münaqişənin tez həlli təkcə Azərbaycanın deyil, Rusiya, İran və digər bölgə dövlətlərinin də marağına uyğundur”. Bunu isə qarşıdakı görüşü şərh edən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, geoiqtisadi zəmində hər üç ölkəni birləşdirən, onlar üçün əlverişli şərait yaradan amillər çoxdur:“Dünya miqyasında iqtisadi-ticari kooperasiyanın həcmi artdıqca uğurlu siyasət yeridən dövlətlərin mənfəət imkanları da artır. Qafqaz-Xəzər bölgəsində sözügedən üç ölkə elə konfiqurasiyada yer alıb ki, bu baxımdan yeni üstünlüklər qazanmaq şansları güclüdür. Ən yaxın zamanda Şimal-Cənub nəqliyyat dəhlizi tam gücü ilə istifadəyə veriləcək.
İranın Astara-Rəşt-Qəzvin xəttini inşa etməsi isə qitələrarası daşınmaların həcmini bir neçə dəfə artıracaq. Bu baxımdan Azərbaycan-Rusiya-İran birgə transkontinental inteqrasiya proqramlarındakı iştirak əmsallarını artıracaqlar. Yəni Azərbaycanın kommunikasiya imkanları strateji anlam daşıyacaq. Çünki məhz Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin ən vacib bəndinə çevrilir”.
Politoloqun qənaətincə, bu kontekstdə Qarabağ probleminin həlli də artıq zərurətə çevrilir:“Üçtərəfli görüşdə bölgə problemləri və qlobal çağırışlarla bağlı danışıqlar baş tutacaq və belə bir gedişat bölgədəki siyasi proseslərin tənzimlənməsinə əməli təsir göstərəcək”.
* * *
Beləliklə, Rusiyaya məsələdə açar rolunun tanınması əslində həm də onu tələsməyə və ən əvvəl yeni bir güc mərkəzinə vəsilə ola biləcək Bakı ilə dil tapmağa vadar edir. Bakı ilə dil tapmağın yolu isə bəlli:Kremlin apreldəki kimi müvəqqəti neytral qalması yetər ki, Azərbaycan öz ərazilərinin mühüm bir hissəsini işğaldan qurtarıb sülh prosesində kardinal dönüş yaratsın, Ermənistanı sülhə məcbur eləsin. Ondan sonra Avrasiya layihələri haqda da düşünmək olar.
Yəni Qarabağ savaşının açarı da Moskvadadır.
Yeni Müsavat
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib