"Qarabağ"da qapıçılar arasında böyük rəqabət var" - Hannes Halldorsson

"Qarabağ"da qapıçılar arasında böyük rəqabət var" - Hannes Halldorsson
İDMAN
18:32 16.10.2018
3068
"Qarabağ"da qapıçılar arasında böyük rəqabət var. Bu da hamımızın xeyrinədir.

Bu sözləri "Qarabağ"ın islandiyalı qolkiper Hannes Halldorsson Millətlər Liqasında evdə İsveçrəyə uduzduqları oyundan sonra deyib. 34 yaşlı qapıçı "Qarabağ"da az oynamasının millidəki çıxışına təsir etmədiyini bildirib:

"Az oynamağım millidəki çıxışıma təsir etmir. Artıq Millətlər Liqasında şansımız qalmayıb. Toparlanmalıyıq. Artıq uduzmağa alışırıq. Özümüzə gəlməli və uğurlu oyunlara davam etməliyik".

Qeyd edək ki, Halldorsson bu yay "Qarabağ"a keçib.
 
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR