Qarabağda təbii sərvətlərimiz talanır - VİDEO

Qarabağda təbii sərvətlərimiz talanır - VİDEO
SİYASƏT
16:31 01.12.2022
489
Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni biznesmenlər və iş adamları qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirməkdə davam edirlər. Üstəlik, bütün bunlar Rusiya hərbçilərinin gözü qarşısında, hətta onların birbaşa iştirakı ilə baş verir. 

"Caliber.az” saytı bununla bağlı sensasiyalı məlumatlar əldə edib. 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibədən sonra imzaladığı Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının ölkəmizin Qarabağ bölgəsinin müəyyən hissəsinə müvəqqəti yerləşdirilməsinə baxmayaraq, rəsmi Bakı orada da baş verən hadisələr haqqında müfəssəl məlumata malikdir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bildirib ki, regionda müasir texniki vasitələrə, o cümlədən peyklərə malik olmaqla insanların və nəqliyyat vasitələrinin hərəkətini izləmək, hətta bu avtomobillərin nömrələrini görmək imkanına malikdir. Təbii ki, bizim bu ərazilərdə qanunsuz fəaliyyətləri qeydə almaq imkanımız da var və bunlar əsassız iddialar deyil. Hərbi dairələrə yaxın mənbələrdən verilən informasiyaya görə, daxil olan videomüşahidə materiallarına əsasən noyabrın 10-dan 14-dək saat 21:00-dan 23:00-a qədər olan vaxt intervalında 8 ədəd "KamAz” markalı avtomobil 731-AB-61 ER erməni qeydiyyat nömrəli "Nissan Patrol” markalı avtomobilin müşayiəti ilə hər gün Xankəndidən Ermənistana səfər həyata keçirib. Noyabrın 16-18-də isə səhər saatlarında eyni avtomobillərin Ermənistandan Xankəndiyə Laçın yolu ilə hərəkəti qeyd edilib. Maşınlar gecə vaxtı şəhəri tərk ediblər. Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyataq kəndi yaxınlığında, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin "KamAz” markalı yük maşınlarında xaricə çıxarılır. Daşıma İsveçrədə yerləşən "Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan "Base Metals” şirkəti tərəfindən həyata keçirilir. Bunu hələ 2016-cı ildə ölkəmizin Xarici İşlər Nazirliyi "Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabatında qeyd edib. Şirkətin Xankəndidə ofisi də var. "Vallex Group”un rəhbəri Ermənistan Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Valeri Mejlumyandır. Maliyyə investoru isə İsveçrə vətəndaşı, 1956-cı il təvəllüdlü, Cenevrə kantonunun Koloniya bələdiyyəsindəki ünvanda qeydiyyatda olan Vartan Sirmakesdir. "Base Metals”ın icraçı direktoru Artur Mkrtumyandır. Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi, inanılmaz gəlirlər gətirməsi, özünü "dövlət naziri” elan edən Ruben Vardanyanın diqqətindən yayına bilməzdi.

Bəzi məlumatlara görə, o, artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərpa edib və "Base Metals” sahiblərindən "xərac”ını alır. Sülhməramlıların gözü qarşısında fəaliyyət göstərən bu şirkət öz təhlükəsizliyindən də qorxmur. Çünki Qarabağdakı sülhməramlıların komandiri general Volkov onlardan qidalanır və çətin ki, rusiyalı general onun üçün "qızıl yumurtlayan qaz”ın başını qoparsın.

Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axır. Ermənistandakı vəsaitin bir hissəsi rusiyayönlü anti-Paşinyan müxalifətinin maliyyələşdirilməsinə, digər hissəsi isə Rusiya üçün sanksiya mallarının alınmasına yönəldilib. Beləliklə, Volkov-Vardanyan kriminal sindikatı bölgədə fəaliyyətini və Vətənimizin təbii sərvətlərini talamaqda davam edir, Laçın yolu isə hərbi cinayətkarlar və talançılar üçün keçid meydançası kimi xidmət göstərir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir: Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
11:51 18.10.2025
Nazir: Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
Niderland səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
11:43 18.10.2025
Niderland səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - FOTOLAR
11:32 18.10.2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - FOTOLAR
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
11:24 18.10.2025
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
11:20 18.10.2025
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
11:19 18.10.2025
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
11:12 18.10.2025
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
10:54 18.10.2025
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
10:37 18.10.2025
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
10:30 18.10.2025
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yol polisi sürücülərə müraciət edib
10:26 18.10.2025
Yol polisi sürücülərə müraciət edib
 İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
10:24 18.10.2025
İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir