Qarabağdakı erməni sakinlərinə göndərilən ərzaq yükü Xankəndiyə çatdırılıb - VİDEO

Qarabağdakı erməni sakinlərinə göndərilən ərzaq yükü Xankəndiyə çatdırılıb - VİDEO
SİYASƏT
22:56 22.09.2023
137
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.

Bu barədə AZXEBER.COM-a bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə yola salınıb.
 

OXŞAR XƏBƏRLƏR