Qarabağdakı separatçılardan biri təslim olmaq qərarına gəldi

Qarabağdakı separatçılardan biri təslim olmaq qərarına gəldi
SOSİAL
10:53 28.09.2023
204
Qarabağdakı separatçıların "rəhbəri"nin "müşaviri” David Babayan könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olacağını bildirib.

Bu barədə o, sosial şəbəkədə yazıb.

David Babayan bildirib ki, Azərbaycan tərəfinin tələb etdiyi araşdırma üçün könüllü olaraq Şuşaya gedir:

"Mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim".
OXŞAR XƏBƏRLƏR