Qarabağdakı sülhməramlılara general-mayor Kulakov rəhbərlik edəcək

Qarabağdakı sülhməramlılara general-mayor Kulakov rəhbərlik edəcək
SİYASƏT
11:39 28.08.2023
194
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə (RSK) yeni komandan general-mayor Kirill Denisoviç Kulakov təyin ediləcək.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” nəşri məlumat yayıb.

Qeyd edək ki, hazırda RSK komandanı general-polkovnik Aleksandr Lentsovdur.

Bundan əvvəl xəbər verilmişdi ki, o, Qarabağı tərk edib və yerinə yaxın vaxtlarda yeni təyinat olacaq.
OXŞAR XƏBƏRLƏR