"Qarabağdakı sülhməramlıların fəaliyyəti ilə bağlı vaxtaşırı suallar yaranır"

"Qarabağdakı sülhməramlıların fəaliyyəti ilə bağlı vaxtaşırı suallar yaranır"
SİYASƏT
11:59 10.05.2022
406
"Qarabağda sülhməramlıların yerləşdirilməsi üçtərəfli bəyanata əsasən həyata keçirilib. Onlar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Təbii ki, vaxtaşırı hansısa suallar yaranır, o suallar hələ də Qarabağda Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərin edilməsi ilə bağlıdır. Belə olan halda bunlar müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin bu müstəvidə həll edilməsinin tərəfdarıdır”, - nazir bildirib.
OXŞAR XƏBƏRLƏR