‘Qarabağ’dan Azərbaycana bayram hədiyyəsi - VİDEO

İDMAN
00:05 09.08.2013
3753

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulub.Yeganə təmsilçimiz “Qarabağ” İsveçin “Gefle” klubu ilə üz-üzə gəlib.Bakıda keçirilən ilk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərə də qələbə dalınca getmişdi. Qurban Qurbanovun komandasını cütün favoriti saymaq olardı.Bakı vaxtı ilə saat 22:00-da start götürən oyun"Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, komandamız tarixi ərzində üçüncü dəfə "pley-off"da oynamaq hüququ qazanıb.Qeyd edək ki, “Qarabağ”ın "pley-off"dakı rəqibi bu gün, Bakı vaxtı ilə saat 16:00-da müəyyənləşəcək

OXŞAR XƏBƏRLƏR