"Qarabağ"dan bərabərlik qolu

"Qarabağ"dan bərabərlik qolu
İDMAN
22:14 14.08.2018
5928
Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE klubu ilə üz-üzə gələcək.

"Borisov Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

14 avqust
21.00 BATE (Belarus) - Qarabağ (Azərbaycan) 1:1
Qollar: Mirko İvaniç, 20 - Miçel, 54.
BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa, 42. Maksim Volodko.
Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skaviş, 23. Zaxar Volkov, 24. Yasse Tuominen, 62. Mixail Qordeyçuk.
Baş məşqçi: Aleksey Baqa.
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (Latviya).
Hakim-inspektor: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr).
Borisov. "Borisov Arena".
OXŞAR XƏBƏRLƏR