“Qarabağ”dan darmadağın, Mahir Emreli het-trik etdi - VİDEO

“Qarabağ”dan darmadağın, Mahir Emreli het-trik etdi - VİDEO
İDMAN
21:30 25.04.2021
539
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

AZXEBER.COM xəbər verir ki, açılış oyununda "Qəbələ” və "Qarabağ” üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaqların darmadağını ilə yekunlaşıb - 5:0.
 
Hesabı 64-cü dəqiqədə Xayme Romero açıb. Bundan 4 dəqiqə sonra Qara Qarayev fərqi artırıb.

Son üç qolu isə 87, 90 və 90+1-ci dəqiqələrdə Mahir Emreli vurub. 

Ağdamlıların hücumçusu 90+4-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib və poker etmək şansını qaçırıb.

Beləliklə, iki turdan sonra yenidən qələbə qazanan "Qarabağ” xalını 50-yə çatdırıb və ən yaxın izləyicisi "Neftçi”dən 4 xal aralanıb.
OXŞAR XƏBƏRLƏR