“Qarabağ”ı udmaq üçün lazım olsa, ölməliyik” - APOEL-in futbolçusu

“Qarabağ”ı udmaq üçün lazım olsa, ölməliyik” - APOEL-in futbolçusu
İDMAN
13:14 03.11.2019
9748
APOEL-in yarımmüdafiəçisi Draqan Mixayloviç "Qarabağ"a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunu haqda fikirlərini açıqlayıb.

AZXEBER.COM Qol.az-a istinadən xəbər verir ki, kiprli jurnalistlərə müsahibəsində o, qarşıdakı oyunun çox əhəmiyyətli olduğunu söyləyib.

"Biz bu matçda qələbə qazanmalıyıq və lazım olsa, meydanda ölməliyik. Hamıya göstərmək istəyirik ki, ən güclü komandayıq".  

Xatırladaq ki, APOEL - "Qarabağ" görüşü noyabrın 7-də Nikosiyada keçiriləcək.
OXŞAR XƏBƏRLƏR