"Qarabağ"ı Yunanıstanda 50-yə yaxın azarkeş dəstəkləyəcək

İDMAN
11:36 29.01.2025
179
"Qarabağ"ı Yunanıstanda "Olimpiakos"a qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun oyununda 50-yə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, "köhlən atlar"ı hələlik 50-dək fanatın dəstəkləyəcəyi gözlənilir:

"Hazırda vəziyyət belədir. Amma qarşılaşmanın başlamasına vaxt var".

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR